Donald Tramp impiçmentdən ciddi şəkildə qorxur
11-12-2018, 10:50
Oxunub: 3 958
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının demokratların nəzarəti altına keçməsindən sonra ona qarşı impiçment elan edilməsi ehtimalından qorxur.
"Report" xəbər verir ki, bu barədə CNN D.Trampa yaxın mənbəyinə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, D.Tramp demokratların parlamentin alt palatasına nəzarət etməyə başladıqdan sonra onu "məsuliyyətə cəlb edə biləcəklərindən" narahatlığını ifadə edib: "Tramp impiçmentin həqiqətən mümkün olduğunu düşünür. Lakin ABŞ lideri bunun baş verəcəyinə əmin deyil".
Digər mənbənin məlumatına görə, ABŞ Prezidenti əksər yerlərin respublikaçılara aid olduğu Senatda mühakimə olunmayacağından əmindir.
Qeyd edək ki, noyabrın 6-da ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Respublikaçılar Partiyası Senatda nəzarəti əldə saxlamaq üçün 50 yerin lazım olduğu halda 52 yeri özləri üçün təmin ediblər. Amma onlar Nümayəndələr Palatasında çoxluğu itiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər