BolgeXeber.Com » Siyasət » Prezident: "Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"
Prezident: "Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"
14-12-2018, 14:47
Oxunub: 4 215
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir".
Bolgexeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə bildirib.
Dövlət başçısı 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib.
Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlət başçısı deyib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirdi. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib.
Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd etib, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər