ABŞ dövlət katibi Nizami Gəncəvini fars şairi adlandırdı - BÖYÜK QALMAQAL
22-12-2018, 13:30
Oxunub: 4 224
ABŞ dövlət katibi Maykl Pompeo dekabrın 21-də İran xalqını qışın gəlməsi və ilin ən qısa günü münasibətilə təbrik edib.
Bu barədə Pompeo özünün “Twitter” mikrobloqunda yazıb: “Məğrur İran xalqı bu gün ən uzun gecəni və işığın zülmətə qalib gəlməsini qeyd edir. Onlara rifah və azadlıq arzu edirəm”. Tvitinin sonunda amerikan dövlət katibi dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirindən sitat gətirir, lakin nəyə görəsə onu “fars şairi” adlandırır.
Amerikalı siyasətçinin tviti sosial şəbəkələrin Azərbaycan seqmentində səs-küylə qarşılanıb və narazılığa səbəb olub. Belə ki, İranın elmi cəmiyyətlərinin və bu ölkənin hakimiyyətinin iddialarına rəğmən, dünyanın elmi elitası Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır.
Böyük türk şairi öz dövrünün bir çox Şərq şairləri kimi, əsasən Şərq ədəbiyyatının klassik dili sayılan fars dilində yazıb, lakin Gəncə şəhərində yaşayıb və yaradıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər