Rəcəb Tayyib Ərdoğan Suriya qüvvələrinin Menbiçə girməsini təkzib edib
28-12-2018, 16:25
Oxunub: 3 571
“Ortada hələ ki ciddi bir fəaliyyət yoxdur”.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Bəşşar Əsədə məxsus silahlıların Suriyanın Menbiç bölgəsinə girməsi ilə bağlı sualı cavablandıran dövlət başçısı bildirib ki, bölgədə ciddi dəyişiklik yoxdur: “Suriya rejiminin Menbiçlə bağlı psoxoloji hazırlıq gördüyünü bilirik. Orada bayraq qaldırmaq istədikləri də məlumdur. Ancaq indi orada ciddi bir iş yoxdur. Bir saat əvvəl dostlarla danışdım. Ciddi bir məsələdən söhbət gedə bilməz. Sabah bizim nümayəndə heyətimiz Moskvaya gedəcək. Xarici işlər, müdafiə və kəşfiyyat üzrə nazirlərimizdən ibarət bir heyət Rusiyaya səfər edəcək. Orada bu məsələlər ətraflı müzakirə olunacaq. Bundan sonra mənim Rusiya Prezidenti Vladimir Putinlə həm telefon danışığım, həm də ya Soçi ya da Moskvaya səfərim ola bilər. Bunları çox ciddi şəkildə müzakirə etməyimiz lazımdır. Məsələ təkcə Menbiç də deyil, oradakı terror qruplaşmalarını zərərsizləşdirmək istiqamətində fəaliyyət göstərməyimizdədir. Hazırlığımızı görmüşük. Silahlı Qüvvələrimiz fəaliyyətlərini davam etdirir”.
R.T.Ərdoğanın sözlərinə görə, əsas hədəfləri terrorçu PKK/YPG-PYD qruplaşmasına lazımı dərsi verməkdir: “Bu məsələdə niyyətimiz qətidir. Suriyanın bölünməsinə qarşıyıq. Hədəfimiz oradakı terror qruplaşmalarının bölgədən çıxmasıdır. Qruplaşmalar çıxarsa, bizim orada görə biləcəyimiz bir iş yoxdur”.
Qeyd edək ki, bu gün Bəşşar Əsədə bağlı Suriya ordusu Menbiçə daxil olduğuna dair xəbər yayılmışdı.
Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbiç bölgəsindən çıxacağını, həmin ərazini Bəşşar Əsəd rejiminin nəzarətinə verəcəyi barədə açıqlama yaymışdı: “Suriya hökumətini (Bəşşar əsəd rejimini nəzərdə tutur - red.) çıxdığımız bölgələri, özəlliklə Menbiçi Türkiyənin hücumlarından qorumaq üçün bu əraziyə dəvət edirik”.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi.
Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan terrorçu qruplaşmanın Münbiçdən çıxmasını tələb etmiş, əks halda oranı terrorçulardan təmizləyəcəklərini bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər