ABŞ səfirliyi Eynulla Fətullayevə cavab verdi
12-03-2013, 07:45
Oxunub: 5 259
ABŞ səfirliyi Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına səslənən guya sosial şəbəkələr vasitəsilə Azərbaycanda rəngli inqilab hazırlamaq ittihamlarını təkzib edib. Bu fikir Eynulla Fətullayevin martın 10-da haqqin.az saytında “Azərbaycanda “facebook” inqilabı üçün 2 milyon dollar” başlıqlı məqaləsində yer alıb.
Səfirliyin Turan-ın sorğusuna cavabında deyilir:
“Bu məqalədəki ittihamlar əsassızdır. Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və ölkənin demokratik inkişafı istiqamətində işləyir. NDİ 1995-ci ildən etibarən Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti isə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir”, deyə səfirliyin cavabında bildirilir.
Xatırladaq ki, yuxarıda sözügedən məqalədə NDİ nümayəndəsinin Azərbaycanın gənclər təşkilatları ilə digər postsovet ölkələrində həyata keçirilmiş “rəngli inqilablar” ssenarisi üzrə inqilablar hazırlamaq istiqamətində işlədiyi bildirilir. NDİ-nin bu məqsədlə böyük məbləğdə nağd pul vəsaitindən istifadə etdiyi iddia olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər