Saakaşvili geri çəkilmək fikrində deyil:Eybi yox, bir az dözərəm
23-04-2019, 15:49
Oxunub: 4 185
Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti Mixail Saakaşvilinin Ukraynaya gəlişi üçün heç bir qanuni əsas olmadığı barədə bəyanat yayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bəyanatda deyilir: “Həmin şəxs 2017-ci ilin sentyabr ayında qanunsuz şəkildə Polşadan Ukrayna sərhədinə keçib. Yerli və apellyasiya məhkəmələrinin çıxardığı qərarlar da bu faktı təsdiq edir”.
Xidmətdən bildiriblər ki, yuxarıda qeyd olunan qanun pozuntusu ilə əlaqədar Saakaşvilinin Ukraynaya girişinə 2021-ci ilə kimi məhdudiyyət qoyulub.
M.Saakaşvili buna öz “Facebook” səhifəsində reaksiya verib. O, geri çəkilmək fikrində olmadığını və gözləməyə hazır olduğunu bildirib.
“Poroşenkonun prezident vəzifəsində olduğu müddətdə Dövlət Sərhəd Xidmətindən başqa cavab gözləmirdim. Eybi yox, aylardır gözləyirəm, bir az da səbr edərəm”, - deyə o yazıb.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ölkəsində ona qarşı bır sıra cinayət işləri açılıb. Bəzi işlər üzrə qiyabi olaraq həbs cəzalarına məhkum edilib.
2015-ci ildə Ukraynadakı siyasi proseslərə qoşulub. Odessa vilayətinin qubernatoru olub. Ancaq cəmi bir il sonra, 2016-cı ildə tutduğu vəzifədən azad edilib. 2017-ci ilin iyul ayında isə Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər