BolgeXeber.Com » Siyasət » Elşad Abdullayevdən MTN-lə bağlı daha bir video - Anons

Elşad Abdullayevdən MTN-lə bağlı daha bir video - Anons

31-03-2013, 16:40
Oxunub: 4 995 “Mənə dedi ki, Mahir MTN-də saxlanılır. Pulunu ver, al”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni video yaymağı planlaşdırır.

Bu barədə Elşad Abdullayev özü “Azadlıq”a məlumat verib. Yeni video Əli Bayramov (Zənglianski) adlı şəxslə sabiq rektorun söhbətini əks etdirir. Söhbət təbii ki, Mahir Abdullayevin taleyi ilə bağlıdır. Elşad Abdullayev bildirib ki, Əli Zəngilanskinin oğlu MTN-də çalışır və mayor rütbəsi daşıyır.

Onun özünə gəlincə, sabiq rektorun sözlərinə görə, bu şəxs hay-küylü cinayətlərin iştirakçısı olub: “Məni Əli Zəngilanski Bakı Dövlət Universitetinin hüquq fakultəsinin dekanı mərhum Məmmədxan Rəsulov tanış edib. Bir məqamı deyim. 2007-ci ildə Qurd Qapısı restoranında Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulovu Sevinc Babayeva sayağı zəhərlədilər. Bu əməliyyatda Əli Zəngilanskinin rolu olub. Sumqayıtda bir zavod direktorunu da bu cür aradan götürdülər. Əli Zəngilanski adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın da üzvüdür. Bildiyim qədər MTN-nin 4-cü idarəsilə əlaqəlidir”.

Elşad Abdullayev deyib ki, Əli Zəngilanski “Terrazini” ləqəbilə tanınır. Onun Mahir Abdullayev barədə dediklərinə gəlincə sabiq rektor bildirib: “Əli Zəngilanski ilə bağlı məndə 16 video var. Bu videolar 2003-2007-ci illərdə çəkilib. O deyirdi ki, Mahir MTN-də saxlanılır. Pulunu ver al. Onun sözlərilə Mahir Sənan Ibrahimovla Qulu Cəfərovun oyununa düşüb. Onu Mətanət Isgəndərlinin evindən aparıblar. Sənan Ibrahimov MTN-də nazir müavini olan Hilal Əsədovun adamıdır. Elə MTN-də çalışır. Qulu Cəfərov isə MTN-də idarə rəisi olan Akif Çovdarovun adamıdır.

Əli Zəngilanski deyirdi ki, onun saxlanıldığı yer QULAQ (Qlavnıy Upravlenie Laqerey) kimi bir yerdir. Ora heç kim daxil ola bilməz. Amma onun oğlu həmin yerə nəzarət edir. Bu baxımdan Əli Zəngilanskiyə şərait yaradıb və bu da Mahirlə görüşüb. O da deyirdi ki, Mahirin yanında bir qadın qalır. Sonuncu dəfə mən Əli Zəngilanski ilə görüşəndə o mənə dedi ki, Mahirin yanındakı qadın sənə zəng vuracaq. Elə onun yanında bir qadın mənə zəng vurdu. Dedi ki, guya fövqəladə hallar naziri Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımdır. O, bildirdi ki, yanındakı kürd balasına, yəni Əliyə Yasamalda bir avtosalonda bahalı bir maşın var - indi adını xatırlamıram - qiyməti 200 min dollardır. Onu al bağışla Əliyə. Mahiri axşam gətirib sənə təhvil verəcəm. Mən dedim bəs qarantiyan nədir? Dedi bu dəqiqə səni Mahirlə danışdıracam. Sonra mənimlə bir nəfər Mahirin adından danışda. Səsi Mahirin səsinə oxşasa da, o deyildi. Çünki mən ona dedim uşaqlıq “kliçkanı” de, deyə bilmədi. Sonradan mən bu səsi tanıdım. Mənimlə Mahirin adından danışan şəxs MTN-in Anti Terror Mərkəzinin