BolgeXeber.Com » Siyasət » Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək"
Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək"
28-05-2019, 18:06
Oxunub: 3 919
Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Nezavisimaya qazeta"da dərc olunan məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə respublikanın suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınsın:
"Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək və bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək.
E.Məmmədyarov əlavə edib ki, münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər