BolgeXeber.Com » Siyasət » Saakaşvilini Ukraynada belə qarşıladılar - VİDEO

Saakaşvilini Ukraynada belə qarşıladılar - VİDEO

30-05-2019, 09:46
Oxunub: 2 714 Saakaşvilini Ukraynada belə qarşıladılar - VİDEOGürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə M. Saakaşvilinin rəsmi “Facebook” səhifəsində video-paylaşım edilib.

Videodan görünür ki, siyasətçi artıq Kiyevdədir.Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilinin ləğv edilmiş pasportunun bərpası barədə qərar verib.