Siyavuş Novruzova cavab
6-04-2011, 11:30
Oxunub: 9 194

Pərviz Səmədbəyli deputatın öz təhsilsiz qohum-əqrəbasını yaxşı postlara yerləşdirdiyini qeyd edib
Bolgexeber.com bildirir ki, İctimai Palatanın təsisiçi üzvlərindən olan Pərviz Səmədbəyli "Qafqazinfo" saytında hakim partiyadan olan millət vəkili Siyavuş Novruzovun müxalifəti ittiham edən açıqlamasına cavab verib.
Aprelin 2-də aksiya bitəndən sonra, saat 18:00 radələrində YAP-ın qərargahının yanında yanında Mübariz Qurbanlı, Kərim Kərimovla birlikdə dayanıb satirik şair Mirzə Sakitin polislər tərəfindən o tərəf - bu tərəfə dartıldığına ləzzətlə tamaşa edən Siyavuş Novruzovun İP haqqında fikir söyləməsini, onun içindən gələn qorxunun əlaməti sayan Səmədbəyli yazır: "Azərbaycan Respublikası Hərbi Komissarlığında komissiya üzvü olan bu şəxs hərbi komissiyada əsgəri xidmətlə bağlı aparılan bölgü sisteminin tərkibini açıqlasın görək, nədən varlı və imkanlı şəxslərin, eləcə də yüksək vəzifəli məmurların uşaqları və qohum-əqrabaları yalnız Milli Qvardiyanın, Ədliyyə hərbi hissəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin tərkibində xidmət edir?! Onların bu hərbi hissələrə düşməsinə kim imkan yaradır? Onun özünün hər hansı bir qohumu cəbhə bölgəsində niyə xidmət etməyib, yaxud niyə bir kasıbın, bir imkansızın uşağı yuxarıda adı çəkilən hissələrdə xidmət etmir?! "KAMaz" şoferi olan qardaşı Novruzov Mehdi Nəriman oğlu necə oldu ki, Vergilər Nazirliyinin operativ nəzarət idarəsinin rəisi oldu?! Bu azmış kimi, necə olur ki, texnikum məzunu və bacısının yoldaşı Volodya Naxçıvan şəhərində ən mühim təhsil ocaqlarında bir saylı məktəbin direktoru olur?"
P.Səmədbəyli yazır: "S.Novruzovun qardaşı oğlu Novruzov Nəcəf Əhəd oğlu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində idarə rəisi olduğu halda, Əli Kərimlinin evinin qabağında xoruzlu uşaqların yanında nə arayırdı? Yoxsa o piketi, daha doğrusu, Azərbaycanın ailə müqəddəsliyini ayaqlar altına sərən “tarixin rəzalət piketi”ni də o təşkil etməyib?!"
Siyavuş Novruzovun müsahibəsini ona yaraşdırdığı qeyd edən P.Səmədbəyli qeyd edir ki, İP-nin üzvləri onun kimi universiteti 12 ilə bitirməyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər