Gülər Əhmədova ilə məxfi razılaşma
8-04-2013, 11:15
Oxunub: 4 833
Məlumatlara görə, sabiq deputat ev dustaqlığına buraxıla bilər; vəkilləri bununla bağlı məhkəməyə sənəd hazırlayır...
Sabiq deputat Gülər Əhmədova ilə bağlı hər gün yeni xəbərlər yayılır. Son olaraq sabiq deputatın fevralın 13-də Səbayel Rayon Məhkəməsində keçirilən və həbsi ilə nəticələnən məhkəmədə “məni həbs etməyin, Elşad Abdullayevdən aldığım 1 milyon dolları geri qaytaracağam” dediyi üzə çıxmışdı.
Vəkillərindən biri olan Eldar Qədimi bunu təkzib etsə də, digər vəkili Raqif Mustafayev məhkəməyə sədrlik edən hakim Elnur Həsənovun G.Əhmədovaya müraciətlə belə təkliflə çıxış etdiyini demişdi: “Gülər xanım isə, təbii ki, bundan imtina etmiş, heç kimdən pul almadığını məhkəmədə də bildirmişdi”.
Amma dünən siyasi kluarlarda daha bir mövzu müzakirə olunmağa başladı. Redaksiyamıza verilən məlumatlara görə, hazırda hakimiyyət G.Əhmədovanı azad etməyə qərar verib. Buna səbəb sabiq deputatın son vaxtlar hakimiyyətə sədaqət nümayiş etdirən açıqlamalarıdır. Bundan başqa, Gülər xanımla aparılan məxfi danışıqların da anlaşma ilə sonuclanması bu qərarın verilməsində vacib rol oynayır.
Bizə açıqlamasında R.Mustafayev dedi ki, hazırda G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün material hazırlayırlar. Onun sözlərinə görə, bu həftənin sonuna qədər materialları toplayıb, müvafiq instansiyaya yollayacaqlar: “Arqumentlərimiz odur ki, Gülər xanımın səhhətində ciddi problemlər var. Bundan başqa, istintaqa mane ola bilməz, qaçıb gizlənə bilməz. Bundan başqa, ona əsassız ittiham veriblər. İlkin sübutlar məhkəməyə təqdim edilməyib. Gülər Əhmədovanı nəyə əsasən həbs etmisiz? Mən bu sualı məhkəməyə də verəcəm. Video və ekspert rəyi sübut deyil. Bu, ictimai xüsusi qaydada təqib olunan cinayətdir. Şikayətçi dindirilməlidir. İşin materiallarında bunlar yoxdur”.
Müsahibimiz hesab edir ki, E.Abdullayev həbsdən keçən 2 ay ərzində hələ də Azərbaycana gəlməyibsə, bu, onun öz şikayətinin üzərində dayanmadığını sübut edir. Onun sözlərinə görə, sabiq rektorun qəzetlərə verdiyi müsahibələr sübut kimi işə əlavə edilə bilməz: “İndiki halda ən düzgün yol işə xitam verilməsidir. İttiham sübut olunmayanda belə etmək ən doğrusudur. Cinayət Məcəlləsinin 37-ci maddəsində də bu, öz əksini tapıb. Ümumiyyətlə, istintaq araşdırma aparır, sübut tapmayanda işə xitam verilir”.
Müsahibimiz dedi ki, indiki mərhələdə E.Abdullayevlə G.Əhmədova arasında üzləşmə olmalıdır. Vəkil tələblərinin bu olduğunu vurğuladı. Bundan başqa vəkil bildirdidi ki, G.Əhmədova bu günədək heç bir yerdə - nə mediaya açıqlamasında, nə istintaqda, nə də məhkəmədə E.Abdullayevdən 1 milyon dollar aldığını söyləməyib.musavat
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər