Qaçqın müğənni işğal gününü necə unutdu?
7-04-2011, 12:10
Oxunub: 8 240
Qəndab Quliyeva Əhəd Abıyevin qardaşı oğlunun toy şənliyində Kəlbəcərin işğal olunmasını unudubmuş
Xəbər verdiyimiz kimi, aprelin 2-də Kəlbəcərin işğal günündə Daşkəsənin icra başçısı Əhəd Abıyevin Masallı rayon İcra Hakimiyyətinin birinci müavini olan qardaşı Nadir Abıyev oğluna toy edib. Bolgexeber.com-a verilən məlumatda bildirilirdi ki, Kəlbəcərin işğal günündə belə bir şadyanalığı təşkil edənlər toya xeyli sayda tanınmış müğənniləri də dəvət ediblər.
Bolgexeber.com-un əldə etdiyi yeni məlumatlara görə, Əhəd Abıyevin qardaşı oğlunun toyunda əməkdar artist Qəndab Quliyeva da mahnı oxuyub. Əslində, bir müğənninin toyda mahnı oxumasında qəbahətli heç nə yoxdur. Amma Kəlbəcərin işğal günündə əslən Füzuli rayonundan olan bir müğənninin mahnı oxuması qətiyyən başa düşülən deyil. Ən azından torpaq itkisi, qaçqın həyatının nə olduğunu onlar digərlərindən daha yaxşı bilməlidirlər.
Lakin görünən budur ki, Qəndab Quliyeva qohumlarının, əqrəbalarının qaçqın düşməsinin mahiyyətinə varmayaraq, işğal günlərini belə unudaraq, toylara qatılır. Belə olan halda, başqalarından nəsə gözləməyin nə yeri var?
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər