BolgeXeber.Com » Siyasət » “Onların əlində nüvə başlıqlı raket var, amma mən istəmirəm”

“Onların əlində nüvə başlıqlı raket var, amma mən istəmirəm”

5-09-2019, 15:26
Oxunub: 5 045 “Onların əlində nüvə başlıqlı raket var, amma mən istəmirəm”“İndi birilərinin əlində nüvə başlıqlı raket var. Özü də, bir-iki ədəd deyil...Amma mənim əlimdə nüvə başlıqlı raket olmasın. Mən bunu qəbul etmirəm”.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirilən iqtisadiyyat forumunda çıxışı zamanı bildirib.

“Hazırda inkişaf etmiş ölkələr arasında demək olar ki, nüvə başlıqlı raketi olmayan elə bir dövlət yoxdur. Hamısında var. Hətta, bir nəfər var, adını açıqlamayacağam. İndi prezident deyil. Onunla görüşəndə mənə “Hazırda əlimdə 7500-ə yaxın raket var. Rusiyanın, ABŞ-ın isə 12 500- 15 000 raketi var. Mən də bunların sayını artıracağam” dedi.

Vəziyyətə baxın. Onlar nəyin yarışını aparırlar, bizə isə “sən qəti eləmə haa” deyirlər. Yaxınlığımızda İsrail var? Var. Bizi onunla qorxudurlar.

“S-400” məsələsində həngamə qopardılar ki, alma! Niyə almayım axı?Adı üstündə “S-400” müdafiə sistemidir. Yəni bizim müdafiə sistemini almağımıza da əngəl olurlar”, - deyə Ərdoğan qeyd edib.