Küsülü keçmiş nazirlər bir araya gəldi-Foto
16-04-2013, 15:30
Oxunub: 5 479
Qurban Məmmədov yeni missiyaya başlayıb
Milli azadlıq hərəkatının öndə gələn isimlərindən olan vəkil Qurban Məmmədov aprelin 14-də Elçibəy hakimiyyətinin nazirlərindən ikisini bir araya gətirib. Bunlar sabir daxili işlər naziri İsgəndər Həmidov və sabiq müdafiə naziri Rəhim Qazıyevdir. Bu barədə Q.Məmmədov öz facebook səhifəsində xəbər və şəkillər yayıb.
Sabiq nazirlərin münasibətləri soyuq idi, uzun müddət idi ki, danışmırdılar. Qurban Məmmədov onları nahar süfrəsi arxasında görüşdürüb. Vaxtilə ömürlərinin müəyyən bir hissəsi mövcud rejimin məhbəsində keçən hər üç hərəkatçı və ziyafətdə iştirak edənlər uzun-uzun müzakirələr aparıblar.
Q.Məmmədov yazır ki, nazirlər qeyd-şərtsiz köhnə qvardiyanın (Elçibəyin prezidentliyi dönəmində vəzifədə olan qüvvələrin) bərpa olunması ideyasına tərəfdardırlar.
Belə bir təşəbbüsdə bulunmasının hansı zərurətdən yarandığını öyrənmək üçün Qurban Məmmədovla danışdıq. O bildirdi ki, Əbülfəz Elçibəy başda olmaqla, milli azadlıq hərəkatında iştirak eləyən hər bir adamın - keçmişdəki hər hansı səhvlərinə baxmayaraq - hamısının bu millət üçün dəyərli olduğu qənaətindədir. Ona görə də onların hamısının yenidən bir arada olmasına çalışır: “Mən onların hər biri mənim üçün milli sərvət hesab edilir. Ən sıravi hərəkatçıdan tutmuş İsa Qəmbərə qədər hər biri milli sərvətdir. Artıq hamıya bəllidir ki, Azərbaycan xalq hərəkatının öndə gedən insanlarının, milli hakimiyyətin idarəçiliyində iştirak edən adamların arasını vuran, onların arasına nifaq salan üçüncü qüvvə var idi. Bu qüvvənin kim olduğu artıq hər kəsə bəllidir. Bu gün də Azərbaycan hakimiyyəti həmin qüvvələrin əlindədir. Ona görə də uzun müddətdir Vətəndaş Hərəkatı Forumunun rəhbəri kimi qarşıma məqsəd qoymuşam ki, aralarında münasibət pis olan keçmiş liderlərimizin yaxınlaşması, partiyaların birləşməsi üçün iş aparım. Bundan əvvəl mən Əli Kərimli ilə Mirmahmud Mirəlioğlunu bir araya gətirmişəm. Bu görüşlərdən sonra onların tərəfdarlarının sosial şəbəkələrdə bir-birinə qarşı lazımsız açıqlamalarına son qoyuldu. Hər iki lider bu barədə xüsusi göstəriş verdi və müəyyən anlaşmalar oldu. Eləcə də İsgəndər Həmidov və Rəhim Qazıyev Azərbaycanın tarixində öz yeri, rolu olan adamlardır. Azərbaycan xalq hərəkatında ən nöqsanlı adam mənəm. Bizim hamımızın nə vaxtsa nöqsanı, səhvləri ola bilərdi. Ancaq bunlar əsas vermir ki, biz bu gün Azərbaycanın bu ağır günündə hərəmiz üzümüzü bir tərəfə tutaq, Azərbaycanda döyülən, tutulan gəncliyi meydanda buraxıb onlara yardım etməyək. Bu baxımdan xalq hərəkatı iştirakçılarının bir araya gətirilməsi istiqamətində işlər aparılmalıdır. Mən əlimdən nə gəlir sonadək edəcəyəm. Onların hamısına çağırış edəcəyəm və hamısını bir yerə toplayacağam. Nə İsgəndər Həmidovun, nə Rəhim Qazıyevin, nə mənim heç bir vəzifə iddiamız, təmənnamız yoxdur. İstəyim umu-küsüləri kənara qoyub, birləşib Azərbaycanı xilas etməkdir”.
Q.Məmmədov sözügedən görüşü paytaxtdakı parklardan birində reallaşdırdığını da söylədi. Sonda isə “Yeni Müsavat” qəzetinə təşəkkür də etdi: “Təşəkkür edirəm ki, bu görüş barədə informasiyanı yaymaqla milli maraqlarımıza uyğun münasibət sərgilədi. Bir daha əmin oldum ki, ”Yeni Müsavat" Azərbaycanın milli maraqları, gələcəyi üçün əlindən gələni edir".

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər