BolgeXeber.Com » Siyasət » Məzahir Pənahov: Namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq
Məzahir Pənahov: Namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq
28-10-2019, 18:07
Oxunub: 8 491
Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şərait yaradırıq.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, bələdiyyə seçkilərində adətən seçilməyən namizədlər narazılıq edirlər: “İstənilən halda kimsə seçkilərdən narazılığını bildirir. Seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Bu təbii haldır, ancaq sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir. Hesab edirəm ki, belə də olmalıdır.
Lakin biz MSK olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk. Çalışırıq ki, müraciət edən namizədləri qeydə alaq. Əgər sənədlərində hər hansı bir çatışmazlıq olursa, dairə seçki komissiyaları tərəfindən onlara müvafiq tövsiyələr verilir”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər