Bu deputatları görən olsa bizə də xəbər versin...
23-04-2013, 11:35
Oxunub: 6 212

Prezident seçkilərindən bizi altı aylıq zaman kəsimi ayırsa da, artıq cəmiyyətdə bir seçki aktivliyi müşahidə olunur. İctimaiyyətin əsas diqqətinin seçkilərə yönəldiyi, siyasi təşkilatların seçki marafonuna kökləndiyi bir ərəfədə əksər millət vəkilləri də prosesdən kənarda qalmır, ölkənin ictimai həyatında yaxından iştirak edirlər.
Lakin bütün bunlarla yanaşı qapalı fəaliyyətə üstünlük verən, ictimai rəylə hesablaşmayan və öz fəaliyyəti ilə bütövlükdə iqtidar adına bir etimadsızlıq mühiti yaradan deputatlar da olmamış deyil.
Parlamentin fəaliyyətini daim diqqət mərkəzində saxlayan Editor.az nəinki seçicilərinin, parlamentlə işləyən jurnalistlərin belə tapa bilmədiyi, mənsub olduğu siyasi düşərgənin müdafiəsində hər hansı açıqlamasına belə rast gəlinmədiyi deputatların fəaliyyəti ilə bağlı növbəti yazısını təqdim edir.
Əsabil Qasımov
79 saylı İmişli Seçki Dairəsini ilk çağırışdır parlamentdə təmsil edən Əsabil Qasımovu ictimaiyyət daha çox sahibkar kimi tanıyır. Deputat seçilənə qədər rəsmi, parlament təmsilçiliyi əldə edəndən sonra qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu deyilən Əsabil Qasımovun adı daha çox biznes layihələrdə hallanır. Ölkədə ən böyük un istehsalçısı olan “Karmen” şirkətinin də daxil olduğu “Karat Holdinq”lə bağlı əsasən tənqidi yazılar mətbuata yol tapır ki, bu məsələdə ən çox adı hallanan da elə Əsabil Qasıbovla hazırda həmin şirkətə rəhbərlik edən oğlu Taleh Qasımovdur. Mətbuatla təmasa gəlikdə isə dünyanın ən böyük axtarış sistemi olan “google”də onun bircə açıqlmasına və şərhinə rast gəlmək olmur.
Ağalar Vəliyev
11 saylı Qaradağ seçki dairəsini parlamentə təmsil edən Ağalar Vəliyevdə ictimaiyyətlə təmasdan yayınan deputatlardandır. Qaradağ seçicilərinin məlumatına görə, deputat seçiləndən sonra “yoxa çıxan” A.Vəliyev mətbuatla da sıcaq münasibətlərə malik deyil. Onun təmsil olunduğu hakimiyyət düşərgəsini müdafiə edən bir açıqlamasına belə mətbuatda rast gəlmək olmur. Deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan millət vəkili ölkənin adlı-sanlı tikinti maqnatlarından olub və “Azəraqrartikinti” ASC-yə rəhbərlik edib.
Xanlar Fətiyev
Parlamentə ilk dəfə mandat qazanan və 39 saylı Kəpəz I (Gəncə) seçki dairəsini təmsil edən deputat Xanlar Fətiyevi də passiv deputatlar cərgəsinə aid etmək olar. Gəncə Avtomobil Zavodunun sahibi Fətiyev Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) prezidenti olaraq idman ictimaiyyətinin tanınan simasına çevrilsə də, mətbuatda hər hansı açıqlamasına rast gəlmək olmur.
Ərəstun Cavadov
87 saylı Ağsu-İsmayıllı seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Ərəstun Cavadov deputat seçilənə qədər paytaxtın ən böyük ticarət mərkəzlərindən birinə – Mərkəzi Univermağa sahiblik edib və bu gün də qeyri-rəsmi olaraq həmin müəssisəyə nəzarət etdiyi deyilir. Deputat kimi aktiv fəaliyyəti nəzərə çarpmayan millət vəkili mətbuatdan da qaçaq düşən deputatlar siyahısında yer alır.
Sabir Hacıyev
Uzun müddət eks-prezident Ayaz Mütəllibovun “sağ əli” olan Vətəndaş Birliyi Partiyasının(VBP) sədri Sabir Hacıyevi də gözdən-könüldən iraq deputatlar sırasında aid etmək olar. Rəhbərlik etdiyi partiya dövlət tərəfindən maliyyələşsə də, deputat həm seçiciləri, həm də mətbuat üçün əlçatmaz görünür. Parlamentdə təmsil olunan partiyalar arasında ən passiv hesabab olunan VBP sədrinin fəallığı da rəhbərlik etdiyi partiyanın fəaliyyətinə adekvatdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər