BolgeXeber.Com » Siyasət » Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

21-11-2019, 16:12
Oxunub: 3 896 Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibRusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.