BolgeXeber.Com » Siyasət » AMİP yolunu dəyişdi

AMİP yolunu dəyişdi

18-04-2011, 17:00
Oxunub: 5 642
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurası aprelin 18-də keçirilən növbədənkənar toplantıda partiyanın İctimai Palatadan çıxmasına qərar verib.


AMİP-dən Bolgexeber.com saytına verilən məlumata görə, Siyasi Şuranın bəyanatında bildirilir ki, İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınaraq yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərib: “Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınıb, regional təşkilatlanma işi arxa plana keçirilib, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməyib.

AMİP Siyasi Şurası İctimai Palatanın qarşısına qoyduğu missiyanın həyata keçirilməsindən yayınmasını, cəmiyyətdə olan etiraz dalğasının yanlış istiqamətdə yönləndirilməsi məsuliyyətini öz üzərinə götürmədiyini bəyan edir. Partiya İctimai Palatadakı fəaliyyətini dayandırır. AMİP hakimiyyətin zorakı addımlarını, dinc insanlara qarşı repressiv fəaliyyətini, konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasını pisləyir, aksiyalar zamanı həbs olunanların azadlığa buraxılması, qaldırılmış cinayət işlərinə xitam verilməsini tələb edir və siyasi hakimiyyəti alternativ fikrə dözümlü yanaşmağa çağırır”.