BolgeXeber.Com » Siyasət » Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13-12-2019, 09:22
Oxunub: 2 263 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdıAvropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

TASS xəbər verir ki, qərar Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub.

Sanksiyalar yenidən 6 ay müddətinə uzadılıb. Köhnə sanksiyaların tarixi 2020-ci il yanvarın 31-də bitməli idi.

Xatırladaq ki, Krımın referndum vasitəsi ilə Rusiyaya birləşdirildiyindən sonra ABŞ və Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.