BolgeXeber.Com » Siyasət » “Ana Vətən”dən Fərhad ƏHMƏDOVA – ETİRAZ

“Ana Vətən”dən Fərhad ƏHMƏDOVA – ETİRAZ

18-12-2019, 17:48
Oxunub: 3 824 “Ana Vətən”dən Fərhad ƏHMƏDOVA – ETİRAZFərhad Əhmədovun siyasi əllaməliyi…

Azərbaycanda Prezidentinin müəllifi olduğu islahatlar ardıcıl olaraq həyata keçirilməkdədir.

Ölkədə bütün diqqət qarşıdan gələn növbədənkənar parlament seçkilərinə yönəlib. Artıq ölkədə real fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti seçkilərdə iştirak etmək niyyətini ortaya qoyub. Belə bir məqamda Rusiyada yaşayan milyader, milliyyətcə azərbaycanlı Fərhad Əhmədov “Yol xəritəsi” adlı yazı ilə çıxış edir. Gəlin öncə Fərhad Əhmədovun kimliyi üzərin də dayanaq.

-Fərhad Əhmədov Göyçayda anadan olub. On beş yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb.

1987-ci ildə “Tansley Trading” şirkəti yaradıb. Şirkət neft-qaz sahəsində işə başlayıb. Bir müddət sonra şirkət “Farko Qrup” adlanır. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycanda qoyduğu sərmayə və gördüyü iş vaxtilə atasının müdir olduğu AzNar adlı kiçik zavodu almaqla bitir.

Qeyd edək ki, rusiyalı iş adamı olan Fərhad Əhmədov indiyə qədər Azərbaycanla bağlı ciddi və böyük bir layihə həyata keçirməyib. O, Azərbaycanın taleyüklü məsələlərində də, torpaqlarımız işğala məruz qalanda da, yüz minlərlə soydaşımız çadırlarda əzablı günlər keçirəndə də susmağa üstünlük verib. Əslində, heç bir zaman Azərbaycanın yanında olmayıb.

Ölkənin diaspora fəaliyyətində də heç zaman yer almayıb, kölgədə qalmağa üstünlük verib.

Göyçayda yaratdığı monopoliya nəticəsində yerli fermerlər demək olar ki, müflisləşib, hətta narın xaricə satışına da qeyri-rəsmi yasaq qoyulub. O, əhalidən narı olduqca ucuz qiymətə alır, ancaq istehsaldan küllü miqdarda vəsait əldə edir.

Fərhad Əhmədov məlum “təhlil” yazısına qədər siyasətdə deyil, şəxsi intriqalar və skandallar ilə gündəmdə olub. Birinci xanımı ilə münasibətlərdə sənəd saxtakarlığına yol verməsi ona böyük problemlər yaratdı. Belə ki, o, xanımı ilə ayrılarkən məhkəmə sənədlərinin saxtalaşdırılmasında da “məharətini” göstərib. Bu “məharət məhkəmə prosesində öz təsdiqini tapıb.

Daha sonra, iri italyan şirkəti ilə uzunmüddətli məhkəmə prosesləri onu daha da “məhşurlaşdırdı”.

Yeri gəlmişkən, onun Azərbaycanın müxalif düşərgəsində də dostlarının olduğu istisna deyil. Məsələn, F.Əhmədovun illər öncə indi özünü Azərbaycan müxalifətinin siması hesab edən birinə çox bahalı zinət əşyası bağışlanması da yaddaşlardan silinməyib.

İndi gələk, iş adamının “Yol xəritəsi”nə. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu bir iş adamının yaza biləcəyi yazı, təhlil deyil. Yazı sırf elmi üslubda, ixtisaslaşmış siyasi dildə, hansına politoloq və ya beyin mərkəzində hazırlanmış məhsuludur. Bu siyasətə qatılmaq üçün, hətta gələcəkdə ali kürsüyə iddia ortaya qoymaq məqsədilə yerinə yetiriləcək bir missiyanın ilkin təzahürləridir.

Təxminən durum belədir: Daha böyük iddia ortaya qoymaq üçün əvvəlcə geniş ictimai rəyə özünü təqdim etmək, təbliğatını qurmaqdır. Başqa sözlə desək , böyük kapital sahibi ictimai rəydə iş adamı obrazına siyasi elementlər gətirmək niyyətini ortaya qoyur. Bu, əslində gündəmdə qalmaq və öz istəyiən çatmaq üçün dünyada sınaqdan çıxmış tryuklardan biridir.

Etiraf edək ki, yazı təkcə fərdi maraq baxımından hazırlanmayıb. Bu Rusiyanın keçmiş sovet respublikaları arasından Azərbaycana olan “böyük sevgisinin” məhsulu da sayıla bilər. O üzdən Rusiyanın müəyyən dairələrinin xidmət faktoru da istisna olunmur. Rusiya Azərbaycanda baş verən bütün proseslərə olduqca həssasdır. Dünən “Milyaderlər İttifaqı, bu gün Fərhad Əhmədovun “Yol xəritəsi”.

Azərbaycanda siyasi sistem kifayət qədər güclüdür. Xalq xarici müdaxilənin istənilən formasına qarşı son dərəcə həssasdır və sarsılmaz iradəyə malikdir. Ölkənin siyasi proseslərinin bu və ya digər şəkildə yönləndirilməsi xalqımızın mütləq əksəriyyətinin iradəsinə söykənən dünya şöhrətli dövlət və siyas xadim İlham Əliyev tərəfindən həyata keçirilir.

Bu baxımdan tam əminik ki, “Milyader İttifaqı” kimi, “Yol Xəritəsi” də iflasa məhkumdur.

Ana Vətən Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma Xidməti