BolgeXeber.Com » Siyasət » İlham Əliyevin “Rossiya-24”də müsahibəsi yayımlanacaq

İlham Əliyevin “Rossiya-24”də müsahibəsi yayımlanacaq

30-12-2019, 14:27
Oxunub: 2 943 İlham Əliyevin “Rossiya-24”də müsahibəsi yayımlanacaqXəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Bolgexeber.com xəbər verir ki, bununla bağlı “Trend” İnformasiya Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.