Tramp impiçmentlə bağlı araşdırmanı fırıldaqçılıq adlandırıb
9-01-2020, 18:37
Oxunub: 2 909
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi impiçmentlə bağlı ittiham aktını Senata təhvil vermək istəmir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter”də bildirib.
“Nensi Pelosi Adam Şiff kimi korrupsioner siyasətçilər tərəfindən uydurma şəkildə hazırlanmış impiçmentlə bağlı ittiham aktını təhvil vermək istəmir, çünki illər boyu aparılan istintaq və təqiblərdən sonra heç bir cinayət ortaya çıxmayıb. Bu, zarafat və fırıldaqçılıqdır!”, - deyə D. Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası dekabrın 18-də səsvermə nəticəsində prezident Donald Trampa qarşı ittihamları impiçment prosedurunun bir hissəsi kimi təsdiqləyib.
Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların Prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir.
Nümayəndələr Palatası Hüquq Komitəsindəki araşdırma nəticəsində hazırlanan ittiham aktını təsdiq olunduqdan sonra prosedur məhkəməyə göndərilməlidir. Bu məhkəməyə isə ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsif rolunu oynayır. İmpiçmentin elan olunması üçün senatorların ən azı üçdə ikisinin (ən az 67) səsləri tələb olunur. Bu səbəbdən Senatın hazırkı tərkibi ilə impiçmentin lehinə səs vermə ehtimalı faktiki olaraq sıfıra endirilir. Bu ilin əvvəlindən etibarən Respublikaçılar (noyabrda baş tutan aralıq seçkilərinin nəticələrinə görə) Konqresin yuxarı palatasında 100 yerdən 53-nü tutur.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər