Deputatlığa namizədlərin qeydə alınması prosesi yanvarın 24-də bitəcək
14-01-2020, 15:55
Oxunub: 4 311
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin dəqiq sayı yanvarın 24-dək məlum olacaq.
APA-nın məlumatına görə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti 10 yanvar saat 18:00-da başa çatıb. Seçki Məcəlləsinin 59, 60, 148.1-148.3 maddələrinə əsasən, dairə seçki komissiyaları ( DSK) imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verməlidir. Beləliklə, DSK imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında ən geci yanvarın 16-dək qərar verməlidir. Əgər şəxsin namizədliyi qeydə alınmayıbsa, o, ən geci 2 gün ərzində yəni, yanvarın 18-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. MSK 2 gün ərzində, ən geci yanvarın 20-dək müvafiq qərar verməlidir. Şəxs MSK-nın qərarından narazı qalarsa, 2 gün ərzində yəni, ən geci yanvarın 22-dək məhkəməyə müraciət etməlidir. Məhkəmə isə, 2 gün ərzində yəni ən geci yanvarın 24-dək müvafiq qərar qəbul etməlidir. Bu proses başa çatdıqdan sonra isə, seçki bülletenlərinin hazırlanması mərhələsinə start verilir. Başqa sözlə, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə görə, seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək təmin edilməlidir.
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər