MSK DSK-nın qərarını ləğv edib, seçki dairəsi xüsusi nəzarətə götürülüb
15-01-2020, 17:33
Oxunub: 4 179
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
“Report” xəbər verir ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib. Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Katibin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”. Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib. MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər