Azərbaycanın Birinci vitse-prezidenti Mixail Qusmanı təbrik edib
23-01-2020, 13:51
Oxunub: 4 051
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Bolgexeber.com-un xəbərinə görə, Birinci vitse-prezidentin İnstagram səhifəsində yer alan təbrik mətnində deyilir:
“Bu gün TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur.
Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.
Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər