BolgeXeber.Com » Siyasət » "Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub

"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub

26-01-2020, 14:58
Oxunub: 4 412 "Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olubBu gün 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub. Görüş rayonun Mədəniyyət Evində baş tutub. Şirvan sakinləri Mədəniyyət Evinə millət vəkilliyinə namizədlə görüş üçün axın ediblər.

Saat 12:00-da başlayan görüşü giriş nitqi ilə açan Əsmər Əliyevanın vəkili Eyvaz Əhədov namizədin tərcümeyi-halı barədə ətraflı məlumat verib.

Sonra çıxış üçün tribunaya keçən Əsmər Əliyeva seçicilərini salamlayıb: “Bu soyuq qış günündə, istirahət günü olmasına baxmayaraq, mənimlə görüşə gəldiyiniz üçün sizlərə minnətdarlığımı bildirirəm. Bu günlərdə Azərbaycanda çox önəmli siyasi hadisə baş verməkdədir. 5 il müddətinə ali qanunverici orqan olan Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkədə geniş miqyaslı islahatlar həyata keçirir, dövlət idarəçiliyində gənclər irəli çəkilir. Dövlət başçımız parlamentin də gəncləşməsinin arzuolunan olduğunu ifadə edib. Mən də öz potensialına, bacarığına inanan bir gənc mütəxəssis kimi seçki marafonuna qoşulub deputatlığa namizədliyimi Şirvan şəhərindən irəli sürmüşəm. Azərbaycanın hər bir bölgəsi mənim üçün doğmadır və əzizdir. Lakin mən sizlərlə birgə bu yola çıxmağa qərar vermişəm.

Çünki biz şirvanlıyıq və şirvanlıları özümüzə doğma bilirik. Bizim ailənin ürəyi hər zaman Şirvanla döyünüb. Heç şübhə etmirəm ki, şirvanlılar mənə öz doğma övladları kimi gərəkən dəstəyi verəcəklər.

Seçki marafonunda mən şirvanlılarda o doğma, isti münasibətini gördüm. Mən bu səmimi münasibəti yüksək qiymətləndirirəm.

Seçki təbliğtı başlayandan Şirvanı qarış-qarış gəzmişəm. Əhali ilə görüşlər keçirmişəm. Cənab Prezidentimiz İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şirvanda böyük quruculuq, abadlıq işləri görülüb. Yeni müəssisələr açılıb, iş yerləri yaradılıb, insanların rifah halı yüksəlib. Bu uğurlar hamımızı sevindirir, Şirvanın inkişafı Azərbaycanın inkişafıdır.



Mən də deputat seçiləcəyim halda Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse- prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə Şirvanın inkişafı ilə bağlı görülən işlərdə yaxından iştirak edəcəyəm. Şəxsən özüm Sizlərin istəklərini nəzərə alaraq Şirvanın sosial-iqtisadi inkişafına xidmət edən layihələr hazırlayıb, ölkə rəhbərliyinə təqdim edəcəm. Əhalini narahat edən problemlərin həllinə dövlətimizin köməyi ilə nail olacağıq.

Mən sizləri 9 fevralda seçki məntəqələrinə gəlib ən layiqli namizədə səs verməyə çağırıram. Bu seçimlə 5 il parlamentdə sizi təmsil edəcək millət vəkilinizi müəyyən edəcəksiniz. Hər birinizə gələcək işlərinizdə uğurlar arzulayıram”.



Sonra görüşdə çıxış edən Bakı şəhərindən qonaq gəlmiş yazıçı-publisist, bir neçə kitabın müəllifi Seymur Şeydayev, Şirvan şəhər ağsaqqallarından təqaüddə olan zabit Hacı Yusif Rüstəmov Əsmər Əliyeva ilə bağlı xoş fikirlər söylədilər. Onun hüquq elmindəki nailiyyətlərindən, müsbət keyfiyyətlərindən danışaraq, şirvanlıları Milli Məclisdə təmsil etməyə layiq bir ziyalı xanım olduğunu bildirdilər.


Sonda Əsmər Əliyeva seçicilərin suallarını cavablandırdı. Çıxış edən şirvanlı seçicilər Əsmər Əliyevanı millət vəkili görmək arzularını 9 fevralda gerçəkləşdirəcəklərini bildirdilər.
"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub
"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub
"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub
"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub
"Öz potensialına inanan gənc mütəxəssis kimi seçki marafonuna qoşulmuşam" - Əsmər Əliyevanın seçicilərlə izdihamlı görüşü olub