BolgeXeber.Com » Siyasət » Daha bir iddialı xanım namizədə böyük seçici dəstəyi - Jalə Əhmədova kimdir?(DOSYE)

Daha bir iddialı xanım namizədə böyük seçici dəstəyi - Jalə Əhmədova kimdir?(DOSYE)

27-01-2020, 10:45
Oxunub: 15 874 Daha bir iddialı xanım namizədə böyük seçici dəstəyi - Jalə Əhmədova kimdir?(DOSYE)Azərbaycanda fevral ayının 9-da keçiriləcək parlament seçkisində 59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd Əhmədova Jalə Fərhad qızı təşviqat kampaniyasına başlayıb.


Bolgexeber.com "Seçiminiz gələcəyinizdir!" şüarı ilə parlament seçkilərinə qatılan Jalə Əhmədovanın tərcümeyi-halını və seçki platformasını təqdim edir:
Deputatlığa namizəd Əhmədova Jalə Fərhad qızının tərcümeyi-halı

Jalə Əhmədova 1981-ci ildə aprel ayının 23-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. Fəaliyyətini davam etdirməklə yanaşı, 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, ikinci ali təhsil alıb. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsilini davam etdirir.

Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb.
Daha bir iddialı xanım namizədə böyük seçici dəstəyi - Jalə Əhmədova kimdir?(DOSYE)

Jalə Əhmədova hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır.

2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir. Federasiyanın yaranmasında və inkişafında, ölkəmizdə bu idman növünün tanınmasında, gənclərin sağlam həyat tərzinə üstünlük verməsində böyük dəstəyi olmuşdur.

Onun fəaliyyət devizi dövlətə, dövlətçiliyə, xalqa təmənnasız ləyaqət və sədaqətlə xidmət etməkdir.

Bitərəf,

Ailəlidir, iki övladı var.

Deputatlığa namizəd Jalə Fərhad qızı Əhmədovanın seçicilərə müraciəti:

Əziz və hörmətli Seçicilər!

Yaşadığınız Dairədən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyimi irəli sürmüşəm.

Sizdən dəstək və ədalətli seçim gözləyirəm.

Mənə etimad göstərərək seçsəniz əmin ola bilərsiniz ki:

* Qanunvericilik fəaliyyətimin əsas məqsədi sosial-iqtisadi islahatların həyata keçirilməsinə və vətəndaşlarımızın rifah halının yüksəldilməsinə öz dəstəyimi verəcəm;

* Şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanların ehtiyaclarının təmin olunmasına çalışacam;

* Sizin sosial problem və qayğılarınızın həllinə, rahat və ədalətli mühitdə yaşamağınıza təminat verən qanunların qəbul edilməsi və qanunların aliliyinin təmin olunması naminə fəaliyyət göstərəcəm;

* Sizi narahat edən məsələləri millət vəkili səlahiyyəti çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların həllini tələb etməkdə qətiyyətli olacam;

* Sağlam gələcək naminə idmanın inkişafında dövlətimizin gördüyü və görəcəyi bütün işlərə dəstək olacam;

* Millətlər, dövlətlər arasında dostluq, qardaşlıq və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin hüquqi yolla tənzimlənməsinə çalışacam;

* Milli mənafeyimiz naminə əsrlərlə formalaşmış adət-ənənələrimizin, mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində mövqeyimi daha da möhkəmləndirəcəm;

* Azərbaycanın müstəqilliyinin, suverenliyinin və konstitutsion əsaslarının qorunması, ərazi bütövlüyünün bərpası işində hər zaman olduğu kimi Sizin və dövlətimizin yanında olacağam;

* Vətənpərvər və yenilməz dövlətçiliyimizə xidmət edən gənclərin sayının artmasına çalışacağam, gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl səmərəli addımlar atacağam;

* Fəaliyyətimi elə quracağam ki, Allahım, vicdanım və Sizin qarşınızda mənəvi tarazlığımı itirməyim, təkcə sözlə deyil, gerçək əməllərimlə yanınızda olum!

Bu seçkilərin özümüz və övladlarımız, xalqımız və dövlətimiz, hər birimiz üçün xeyirli, faydalı nəticələrini görmək istəyiriksə, gəlin seçkilərdə fəal olaq, ədalətli seçim edək!

Öncədən hər birinizə səmimi qəlbdən təşəkkür edirəm!