BolgeXeber.Com » Siyasət » Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir-VİDEO

Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir-VİDEO

27-01-2020, 12:29
Oxunub: 4 797 Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir-VİDEO60 saylı Salyan - Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə 26.01.2020-ci il tarixində Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə görüşüb

Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və eyni zamanda fiziki məhdudiyyəti olan Məmmədov Cəlil və Qaraxanov Abbas ziyarət olunub.
Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildirdilər.
Bolgexeber.com