Çingiz Qənizadə seçiciləri ilə görüşüb - FOTOLAR
28-01-2020, 13:26
Oxunub: 6 301
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə İimişli rayonunun Oruclu və Ağammədli kəndlərində yaşayan seçiciləri ilə görüşlər keçirib.
Bolgexeber.com xəbər verir ki, deputatlığa namizəd seçicilərlə görüş zamanı son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib. Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, kənd camaatı bəzi məsələlərlə bağlı fikirlərini də dilə gətiriblər.
Əsas məsələ hektarlarla torpaq sahələrinin bəzi adamlara icarəyə verilməsi ilə bağlıdır. Sakinlər kənddə insanların sayının artdığını və gənc ailələrin torpaq payı olmadığından məhsul əkib becərə bilmədiklərini deyiblər. O da qeyd olunub ki, ayrı-ayrı şəxslərə həm Dövlət Fondundan, həm də bələdiyyələrdən müqavilələrlə 100, 200 hektarlarla torpaqlar verilib.
Vətəndaşlar xahişlərinin ən yüksək aidiyyatı dairələrə çatdırılması, müqavilələrə yenidən baxılması, həmin torpaqlardan müqavilə əsasında heç olmasa 20-30 hektar kənd camaatına verilməsi barədə Çingiz Qənizadədən xahiş ediblər.
Deputatlığa namizəd növbəti dəfə də deputat seçiləcəyi təqdirdə məlum məsələlərin həllində yardımçı olmağa çalışacağını istisna etməyib.
Sonda seçicilər fevralın 9-da seçimlərinin Çingiz Qənizadə olacağını xüsusi qeyd ediblər.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər