BolgeXeber.Com » Siyasət » Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb

Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb

31-01-2020, 17:52
Oxunub: 4 848 Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb"Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir".

Bolgexeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

M.Pənahov deyib ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.