Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar - Fotolar
1-02-2020, 12:34
Oxunub: 7 105
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dünən Beyləqan rayonunun Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə bir araya gəlib.
Bolgexeber.com xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə seçicilərə özünün parlamentdəki və beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə məlumat verib.
Regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı möhtərəm İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın apardığı islahatlardan danışıb və digər işləri qeyd edib.
Çingiz Qənizadə Qəhrəmanlı kəndində böyük nüfuz sahibi olan kənd müəlliməsinin yas mərasimində də iştirak edib. Ayrı-ayrı ziyalılar, gənclər, müəllimlərlə görüşüb və onlarla söhbət edib. Fərdi qaydada seçicilərini qəbul edib.
Daha sonra İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşlərini davam etdirib. Qarabağ qaziləri Çingiz Qənizadəni 10-dan çox maşının üzərində 3 rəngli bayrağımızla qarşılayıblar. Bu zaman onlar Çingiz Qənizadəni həm İmamverdili, həm də Qaralar kəndinə gedərkən müşaiyət ediblər.
Qarabağ qaziləri çıxışlarında bildiriblər ki, Çingiz Qənizadə həmişə onlara xüsusi diqqətlə yanaşıb. Onların hər hansı şikayət və problemi olduqda dərhal bu məsələlərə reaksiya verib. İmkanı daxilində həll edilməsi mümkün olan məsələləri həll edib.
Qarabağ qaziləri çıxışlarında “qəlbən bizimlə birgə olan Çingiz Qənizadəyə səs verəcəyik”,-deyə bildiriblər.
Kəndlərdəki görüşlər zamanı müəllimlər, gənclər,ziyalılar, qazilər çıxış edərək birmənalı olaraq Çingiz Qənizadədən razı olduqlarını dilə gətiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini xüsusi qeyd ediblər.











Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər