BolgeXeber.Com » Siyasət » İddialı namizəd Çingiz Qənizadə seçicilərinə müraciət edib - VİDEO

İddialı namizəd Çingiz Qənizadə seçicilərinə müraciət edib - VİDEO

6-02-2020, 12:52
Oxunub: 4 980
İddialı namizəd Çingiz Qənizadə seçicilərinə müraciət edib - VİDEO
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, Hüquq üzrə fəlsəfə doktoru və Hüquq müdafiəçisi Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə səyyar və fərdi şəkildə keçirdiyi görüşlərini başa çatdırıb.

Bolgexeber.com bildirir ki, bu barədə, Çingiz Qənizadə rəsmi “facebook” səhifəsində https://www.facebook.com/%C3%87ingiz-Q%C9%99nizad%C9%99-101604678057054/ videorolikdə seçicilərinə müraciət edib.

Namizəd: “Hər bir seçicimin yanındayam və onlara lazım olan dəstəyi göstərməyə hazıram. Biz dəyərli seçicilərimizin yanında olmaqla, onlarla görüşməklə, onların sevgi və məhəbbətini qazanmaqla fevralın 9-da qalib gələ bilərik” deyən Çingiz Qənizadə seçicilərinə inandığını bildirib.


TANITIM:

Çingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975-1977-ci illərdə hərbi xidmətdə olub.

1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1984-cü ildə BDU-nun Hüquq fakultəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib.

1989-1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışıb.

1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Dördüncü (2010-2015) və Beşinci (2015-2020) Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus, Yunanıstan və Fransa Parlamentlərarası İşçi Qrupunun üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 20 oktyabr 2014-cü ildə yaradılmış İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin edilmişdir. Ədliyyə Naziri yanında Penitensiar Xidmətdə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatorudur (2013-2017).

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür. AŞPA-da Hüquq və İnsan haqqları komitəsinin üzvüdür.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin tərkibində olmaqla TÜRKPA-nın Hüquq komissiyasının üzvü olmuşdur (2010-2015-ci illər).[2] Milli Məclisin deputatı olmamışdan öncə Avropa Şurası Parlament Assambleyasında ekspert olaraq 15 il ərzində dəfələrlə AŞPA-da olmuşdur. AŞPA-nın müxtəlif komitələrində, iclaslarında, habelə AŞ-nın Baş Katibi, AŞPA-nın sədri və AŞ-nın İnsan Hüquqları üzrə Ali komissarı və digər rəsmilərlə görüşlərdə iştirak etmişdir.

GOPAC – Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür. 14.02.2012 tarixində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR-nın Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Cinayət-hüquqi və kriminoloji problemləri” adlı doktorluq dissertasiyası üzərində işləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə Çingiz Aşralı oğlu Qənizadə Azərbaycan Respublikasının İctimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı, 5 nəvəsi var