BolgeXeber.Com » Siyasət » “Yaxın günlərdə MSK-nın kəskin addımların şahidi ola bilərsiniz” - Sədr müavini
“Yaxın günlərdə MSK-nın kəskin addımların şahidi ola bilərsiniz” - Sədr müavini
10-02-2020, 18:36
Oxunub: 5 057
“Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə seçki ilə bağlı 280-ə yaxın müraciət daxil olub”.
Bolgexeber.com xəbər verir ki, bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:
“Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır”.
R.Qasımov bildirib ki, MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır:
“Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə addekvat, hətta kəskin addımların şahidi ola bilərsiniz”.
Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:
“Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlansa belə MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər