Ceyhun Osmanliya son xəbərdarliq edildi
22-04-2011, 12:40
Oxunub: 9 262

Hakimiyyət "irəli" sədrinin siyasi taleyinə yenidən baxmaq qərarina gəlib
"İrəli" İctimai Birliyinin sədri, deputat Ceyhun Osmanlıya hakimiyyətin yuxarı dairələri tərəfindən son xəbərdarlıq edilib. Son proseslər zamanı deputatın ortaya heç bir ciddi gənc fiqur çıxara bilməməsi, boğazdan yuxarı verilən bəyanatlara baxmayaraq, «İrəli»nin prosseslərdən kənarda qalması və reallasdırdıgı layihələrin görüntü xarakteri daşıması hakim dairələrdə gənc miillət vəkilinə qarşı qəzəb hissi oyadıb".
Məlumatlandıran mənbənin sözlərinə görə, C.Osmanlının rəhbərlik etdiyi təskilata hər ay təxminən 50 min manat civarında maliyyə ayrılır. Bu maliyyənin böyük bir hissəsini Prezident Adminstasiyanın söbə müdiri Elnur Aslanovun "krışalıq" etdiyi Fərid Novruzinin "Novko" şirkətlər qrupu ödəyir: "Lakin bu qədər pulun və yaradılan şəraitin müqabilində müxalifətin fəallaşdığı son gunlərdə C.Osmanlının ortaya ciddi iş qoya bilməməsi, "12 min üzvümüz var" deyə öyunduyu halda, "İrəli" İctimai Birliyindən müxalifətin önunə bir nəfəri çıxara bilməməsi hakimiyyəti deputat haqqında yenidən düşünməyə vadar edib.
Bundan əlavə, mənbənin bildirdiyinə görə, Osmanlının deputat seçildikdən sonra öz ətrafında etimadsızlıq mühiti yaratması, "İrəli" İctimai Birliyində böyük xidmətləri olan və onun seçki kampaniyasında yaxından iştirak edən bir çox gənclərə yuxarıdan asağı baxması, həmin gənclərin ondan uzaqlaşmasına səbəb olub. Mənbə bildirib ki, «Osmanlıdan yuxarı dairələrə şikayətlər o qədər çoxalıb ki, indi heç Elnur Aslanov da onu xilas edəcək gücdə deyil".
Mənbəmizin sözlərinə görə, artıq "İrəli"yə ayrılan maliyyə vəsaiti azaldılıb: "Bunun nəticəsi olaraq birliyin böyük layihələrdən olan "Media Akademiya" layihəsi davam edə bilməyib"./pia.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər