BolgeXeber.Com » Siyasət » Ərdoğan Putindən İdlibin əvəzinə Qarabağı İSTƏYƏCƏK - Ermənistan TƏŞVİŞDƏ (VİDEO)

Ərdoğan Putindən İdlibin əvəzinə Qarabağı İSTƏYƏCƏK - Ermənistan TƏŞVİŞDƏ (VİDEO)

3-03-2020, 00:20
Oxunub: 3 514
Ərdoğan Putindən İdlibin əvəzinə Qarabağı İSTƏYƏCƏK - Ermənistan TƏŞVİŞDƏ (VİDEO)
İdlibdə baş verən proseslərin son nəticəsi Dağlıq Qarabağda yekunlaşa bilər.

Bolgexeber.com Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Lragir” saytı çıxış edib. Sayt yazır ki, Türkiyə İdlibdə Rusiya ilə razılışsa, əvəzində isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər.

“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmirlər. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq, bu, Əliyevin Münhendə səsləndirdiyi “mərhələli həll” variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır”, - sayt yazır.

Məqalədə erməni ekspert Ayk Qabrielyanın ötən həftə səsləndirdiyi fikirlər xatırlanır.