Fəzail Ağamalı Mübariz Mənsimovdan danışdı
27-03-2020, 15:57
Oxunub: 4 136
"İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərə sahibdir"
Sizin mənim Mübariz Mənsimovla münasibətlərimlə bağlı ictimailəşdirdiyiniz fikirlər kökündən yalnışdır və mənə qarşı böhtandır
Bu sözləri Millət vəkili Fəzail Ağamalı Azerbaycanrealligi.com-a açıqlaması zamanı bildirib
Təqribən 7 - 8 ay bundan öncə bu tip məlumat bəzi Kütləvi İnformasiya Vasitələrində getmişdi. O zaman da demişdim, bir daha təkrar edirəm ki, Mübariz Mənsimov xəstəliyimlə bağlı mənə hər hansı köməklik göstərməyib və mənim buna ehtiyacım da olmayıb.
Mübariz Mənsimovla şəxsi tanışlığım 2019 cu ilin iyul ayında onun mətbuat xidmətinin rəhbəri, uzun illərdən tanıdığım və jurnalist olaraq, böyük hörmət bəslədiyim Fidan xanımın təşəbbüsü ilə baş tutmuşdur. Biz bir neçə dəfə görüşdük, birlikdə nahar və şam etdik, dövlətimizlə, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı xoşməralı söhbətlərimiz oldu. Görüşümüzün və münasibətlərimizin tarixi budur.
Təəssüf edirəm ki, Mübariz Mənsimov Türkiyə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdır. İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərinin sahibidir. Məncə burada bir yalnışlıq var. O, Türkiyə - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türk vətəndaşlarına köməklik göstərəm soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur. Mən, bir daha Mübariz bəyin tezliklə azadlığa çıxmasını, ata və anası, övladları ilə birgə olmasını Ulu Tanrıdan diləyirəm. Yaradanımız yolunu açıq etsin!
Böhtan xarakterli yazının müəlliflərinə tamahınıza və subyektiv düşüncələrinizə "DUR" deyirəm. Qanundan və Allahdan qorxun. Əsası olmayan böhtan xarakterli yazınıza görə məndən üzr istəməyi və təkzib etməyi sizdən tələb edirəm.
Azerbaycanrealligi.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər