BolgeXeber.Com » Siyasət » Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb
Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb
27-03-2020, 18:20
Oxunub: 4 049
Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Bolgexeber.com xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
“Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi” təsdiq edilib (əlavə olunur).
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının işçilərinin say həddi 165 ştat vahidi, regional orqanlarının və yerli bölmələrinin işçilərinin say həddi 506 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Aparatının işçilərinin say həddi 55 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Aparatının işçilərinin say həddi 36 ştat vahidi müəyyən edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər