BolgeXeber.Com » Siyasət » Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi

15-04-2020, 16:21
Oxunub: 4 498 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün rəsmi “Instagram” səhifəsində Türkiyəyə təşəkkür edib.
Bolgexeber.com-un məlumatına görə, Birinci vitse-prezident Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılmasını nəzərdə tutaraq paylaşımda qeyd edib:

"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!".