BolgeXeber.Com » Siyasət » Mehriban Əliyeva Gürcüstana minnətdarlıq etdi

Mehriban Əliyeva Gürcüstana minnətdarlıq etdi

17-04-2020, 09:35
Oxunub: 3 729 Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

Bolgexeber.com xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”