Fəzail Ağamalı: “Sovet imperiyası mənim vətənim olmayıb”
17-04-2020, 18:17
Oxunub: 5 194
Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı iclasın birinci yarısında müzakirə olunan məsələ barədə fikirlərini çatdırdı.
Deputat “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar müzakirələr zamanı ona söz verilməməsindən narazılığını çatdırdı. Həmçinin qanunun adına etiraz etdi. “Sovet imperiyası mənim vətənim olmayıb. Mənim kimi, milyonlarla azərbaycanlının da vətəni olmayıb. Çoxsaylı insanlarımızı repressiyaya məruz qoyub. Sovet ordusu xalqımıza qarşı 20 yanvar qırğınını törədib. Sovet imperiyasının sonuncu rəhbəri Mixael Qorbaçov bizə Qarabağ dərdini verib. Bu, necə mənim vətənim ola bilər?”
F.Ağamalı ardınca dedi ki, yubiley medalının adı ilə bağlı MDB ölkələri arasında razılaşma əldə olunub: “Amma bundan sonra Sovet İttifaqını vətən kimi təsvir etməli deyilik”.
E.Paşasoy
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər