BolgeXeber.Com » Siyasət » Deputat: “Prezident gündəlik fəaliyyəti ilə xalqının yanında olduğunu sübut edir”

Deputat: “Prezident gündəlik fəaliyyəti ilə xalqının yanında olduğunu sübut edir”

18-04-2020, 21:12
Oxunub: 5 577 Koronavirus pandemiyası ilə mübarizə bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdüyü siyasətin ana xəttini Azərbaycan vətəndaşı və onun sağlamlığı, təhlükəsizliyi dayanır.
 
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.
 
Onun sözlərinə görə, məhz bu yürüdülən siyasətin   nəticəsi olaraq pandemiyanın ilk günlərindən etibarən  dövlət bütün gücü vətəndaşların sağlamlığının müdafiəsinə, pandemiyanın genişlənməsinin qarşısını almağa və  nəzarətdə saxlamağa yönəltdi.
“Zamanında atılan məqsədyönlü və təxirəsalınmaz tədbirlər nəticəsində  vəziyyət nəzarətə götürülüb.  Bu gün ölkə rəhbərliyinin əsas hədəfi Azərbaycan vətəndaşının və dövlətinin bu prosesdən minimum itki ilə çıxmasıdır. Ona görə də bütün fəaliyyətini və diqqətini bu istiqamətə yönəldib. Ölkə başçısının da dediyi kimi əgər vəziyyət nəzarətə götürülməsəydi, indi  hansı acınacaqlı vəziyyətlə üzləşəcəyimizi bilmək olmur. Buna görə bir vətəndaş olaraq  prezident və Birinci vitse-prezidentə minnətdarlıq edərək, onların zamanında prosesə müdaxilə edərək təxirəsalınmaz  lazımi zəruri addımları atdılar və atmaqdadırlar”- deputat qeyd edib.
Deputat əlavə edib ki, son günlərdə ölkəmizdə pandemiya ilə  bağlı vəziyyət müsbət dinamika üzrə inkişaf etməkdədir.
“Artıq görülən tədbirlər öz uğurlu nəticəsini verməkdədir. İnfeksiyaya yoluxma sayı sürətlə azalmaqdadır. Əksinə sağalma sayı isə artmaqdadır. Bu bizdə ümid yaradır ki, qısa zamanda bu bəladan qurtulacağıq. Ancaq bu müsbət dinamikaya baxmayaraq   ölkə başçısının dediyi kimi karantin müddəti uzadılacaq.  Ölkə rəhbərliyi  vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının  keşiyində durduğundan  vəziyyətə uyğun olaraq addım ataraq  karantin müddətini uzadacaq. Ona görə də vətəndaşlarımız  da bu çətin günlərdə  vətəndaşlıq məsuliyyətini dərk edib, qaydalara ciddi riayət etməlidirlər. Çünki proseslərin necə inkişaf edib-etməyəcəyi barədə  heç kim proqnoz verə bilmir. Bu məsələ dünyanı bu gün düşündürən əsas məsələdir. Odur ki ehtiyatlı və tədbrili olmaq lazımdır. Ölkə rəhbərliyi də buna uyğun olaraq addımlarını atır və bundan sonra da atacaq” – İ.Yusifov qeyd edib.
 Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşı ölkə rəhbərliyinin yürütdüyü siyasətin mərkəzində olduğundan bu çətin günlərdə təkcə,  vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmadı, o cümlədən pandemiyanın onlara vurduğu ziyanın qarşılanması istiqamətində də konkret addımlar atdı və atılmaqdadır. 
“Cənab Prezident və Birinci vitse-prezident pandemiyadan əziyyət çəkən aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində addımlar atdı. İlkin mərhələdə 200 min insanın 190 manat həcmində maddi dəstək göstərilməsi nəzərdə tutulurdusa, Prezident aprelin 17-də bəyan etdi ki, bu yardım  3 dəfə artırılaraq 600 min insanı əhatə edəcək. Özü də bu yardım bir dəfə yox,  iki ay veriləcək. Bu  dövlətin vətəndaşına olan münasibətinin göstəricisidir. Birdəfəlik yardımların müddəti həm iki aya qaldırıldı, həm də  bu imkandan yararlanacaq insanların sayı 400 min  nəfər artırıldı.Bundan əlavə olaraq 50 minlik sosial iş yerlərinin sayı 90 minə qaldırılacaq. 600 min işsiz qalan insanlara dəyən ziyan dövlət tərəfindən qarşılanacaq. Bütün bu və digər addımları ilə ölkə rəhbərliyi bu çətin günlərdə  vətəndaşının yanında olduğunu sübut etdi. Ölkə başçısı dünənki çıxışında  işlərin bununla bitməyəcəyini və çətin günlərdə vətəndaşına hər cür dəstək verəcəyini açıqladı. Bu bir daha prezident İlham Əliyev və Birinci vitse-prezidentin simasında Azərbaycan  xalqını və dövlətini üzləşdiyi çətinliklərdən çıxarmağa qadir liderinin olduğunun göstəricisidir.”- İ.Yusifov vurğulayıb.
 
 O deyib ki, bu gün  Azərbaycan dövlətinin əsas hədəfi üzləşdiyimiz vəziyyətdən az itki ilə çıxmaqdır: “O baxımdan da bütün gücünü bu istiqamətə yönəldərək kompleks tədbrilər planı hazırlayaraq həyata keçirməkdədir. Azərbaycan xalqı və dövlətinin  üzləşdiyimiz  vəziyyətdə sosial-iqtisadi həyatına dəyən mənfi təsirlərin aradan qaldırılması üçün ayrı ayrı sahələr üzrə tədbirlər planı hazırlanıb və onlar həyata keçirolməkdədir. İlin olaraq vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin etməkdən ibarətdir. Dediyimiz kimi bu proses həyata keçirilir. 
Digər tərəfdən isə bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atılıb. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Bu sübut edir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstərir. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk. Bu bizim xalqımızın necə böyük xalq olduğunun göstəricisidir.
 
İkinci əsas istiqamət kimi ölkə iqtisadiyyatının mənfi təsirlərdən qorumasıdır. Bu istiqamətdə də ciddi plan hazırlanır və hazırlanmaqdadır.   Ölkə rəhbərliyi ölkə iqtisadiyyatına dəyən mənfi təsirləri aradan qaldırmaq üçün nə lazımdırsa onu edir. Ölkə başçısı bəyan etdi ki,  bunun üçün nə qədər vəsait lazımdırsa ayrılacaq. İlin mərhələdə 1 milyard manat, sonradan  bu miqdar 2,5 milyard manata qaldırıldı. Dünən isə ölkə başçısı bəyan etdi ki, bu miqdar 3 və 3,5 milyard  manat ola bilər.   Bu vəsait  ilk növbədə pandemiyadan ziyan çəkən insanlara, mikrosahibkarlara, sahibkarla yönəldiləcək.  
Sahibkarlara vergigüzəştləri, vergi tətilləri, kreditlər güzəştləri nəzərdə tutulur. Məqsəd Azərbaycan iqtisadiyyatının  bu çətin, mürəkkəb vəziyyətdən az itki ilə çıxmasıdır. Digər planlar da hazırlanır və bunlar  zamanı gəldikcə tətbiq olunacaq.  Prezident və Birinci vitse-prezident  gündəlik fəaliyyəti, hər addımı  ilə ən çətin günlərdə xalqının yanında olduğunu  sübut edir. Bu da cəmiyyət təərfindən yüksək qiymətləndirilir.  O baxımdan da xalq həmrəylik nümayiş etdirib rəhbərliyin ətrafında sıx birləşib. Odur ki, biz də vətəndaş olaraq dövlət və ölkə rəhbərliyinin bu səyinə adekvat reaksiya verərək  həmrəyliyimizi daha da  gücləndirək və birlikdə bu çətinlikləri dəf edək. Bir olub, eynı hədəfə vursaq daha güclü olarıq və çətinliklərdən daha az itki ilə çıxa bilərik”.