BolgeXeber.Com » Siyasət » "Bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”

"Bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”

1-05-2020, 13:23
Oxunub: 3 953 “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır". Bu fikri Dövlət başçısı dəfələrlə, açıq şəkildə bəyan edib.
Təəssüflər olsun ki, hələ də bunu dərk etməyən, özünü toxunulmaz hesab edən məmurlar var. Son beş ayda dörd icra başçısı həbs edilib.
Əsas məqsədi dövlət büdcəsini talamaq olan, problemi olan, köməyə ehtiyacı olan vətəndaşa laqeyid yanaşan, problemini dilə gətirdiyi üçün ona hədə-qorxu gələn, iş adamlarına kömək etmək əvəzinə onları rüşvət, qazanc mənbəyi kimi görən, ölkəyə, rayona investisiya cəlb edə bilməyən, sahibkarları və bacarıqlı şəxsləri didərgin salan, ölkənin gələcəyini təmin edəcək təhsil, səhiyyə və digər bu kimi sahələrə özünün şəxsi işi kimi yanaşan, işlədiyi sahənin inkişafında heç bir rolu olmayan rəhbər şəxslər nə qədər gec deyil etdiyiniz qanunsuz əməllərin məsuliyyətini dərk edin, Xalqın xidmətçisi olun, dövlətin etimadını çox sınamayın. Çünki, bu istiqamətdə aparılan siyasət görüntü xarakterli, müvəqqəti kampaniya daşıyan addımlar deyildir. Ən yüksək səviyyədə iradə nümayiş olunmaqla sonacan davam etdiriləcəkdir.
Korrupsiya və rüşvətə qarşı mübarizə təkcə icra strukturlarında deyil o cümlədən də ədalət mühakimə sistemində də davam etdirilir. Respublika Baş prokurorluğu vəzifəsinə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük təcrübəsi olan Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyinin təşəbbüsü bu işin bariz nümunələrindən biridir. Həmçinin, dövlətin korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülüyünün sıfır səviyyəsində olacağının göstəricisidir.
Ona görə də Cənab Prezident İlham Əliyevin dediyi kimi “istisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”.
Yalçın Hacızadə,
Ana Vətən Partiyası sədrinin
Hüquqi məsələlər üzrə müavini