BolgeXeber.Com » Siyasət » Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

7-05-2020, 11:00
Oxunub: 2 889 “Milli Məclisdə struktur islahatları davam etdirilir”.
Bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.
O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.
M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib