Millət vəkilinizi tanıyırsınızmı ?–SORĞU -CƏLİLABADDA
22-05-2020, 13:32
Oxunub: 8 276
Xəbər verdiyimiz kimi, BÖLGƏ TV paytaxt və bölgələrdə həyata keçirdiyi “Deputat və seçici” adlı layihəsi davam etməkdədir. Layihə çərçivəsində biz paytaxt və bölgələrdə bir çox yerlərdə sorğumuzu apararaq müxtəlif cavablar almışıq. Bu dəfə Cəlilabad rayonuna yollandıq. Görək Cəlilabad rayon sakinləri 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputat seçilən Malik Həsənov haqda nə düşünür?
Cəlilabadın bir sıra kəndlərində sakinlər arasında apardığımız sorğudan aydın olan odur ki , millət vəkili Malik Həsənov öz seçiciləri ilə karantin dövründə də mütamadi olaraq görüşüb, onların problemlərini dinləyərək həllinə çalışır.
Seçicilər Malik Həsənovu tanıyır və millət vəkili sakinlər tərəfindən hörmətlə qarşılanır. Seçicilərin sözlərinə görə, Malik Həsənov Cəlilabad rayonunda aparılan quruculuq işlərinin həyata keçirilməsində əlindən gələni əsirgəmir , sakinlərin sosial problemlərinin həllində lazımı addımlar atır.
Bildiyiniz kimi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Cəlilabad rayonu ərazisində də karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
Sakinlərin BÖLGƏ TV –yə bildirdiyinə görə Cəlilabad rayonundan seçilmiş deputat Malik Həsənovun təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə dəfələrlə yardım aksiyası keçirilib Rayonda yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 1000-ə yaxın ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.
Bir sözlə Cəlilabad sakinləri öz deputatlarından məmnuqlarını bildiriblər.
Növbəti sorğumuz Salyan və Biləsuvar rayonlarında olacaq.
BÖLGƏ TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər