BolgeXeber.Com » Siyasət » Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun məzunlara səmimi arzuları
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun məzunlara səmimi arzuları
18-06-2020, 10:36
Oxunub: 2 995
18.06.2020–ci il tarixində 2019-2020-ci dərs ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflərdə buraxılış imtahanı, o cümlədən ali məktəbə qəbul imtahanı keçirilir. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon üzrə imtahanda iştirak edəcək bütün məzunları bu münasibətlə təbrik edərək onlara müraciət ünvanlamışdır. Müraciətdə qeyd olunur:
“Əziz məzunlar!
Bugün dövlətimiz COVİD-19 pandemiyasına qarşı mübarizə şəraitindədir. Sizin məzun adını almağınız da belə bir çətin şəraitə təsadüf edir. Lakin bu çətin vəziyyətdə Azərbaycan vətəndaşlarının sağlamlığını düşünən ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gərgin səyi və intellektual bacarığı sayəsində hazırda pandemiyanın fəsadlarının minimuma endirilməsinə çalışılır. Biz hamımız bu çətin vəziyyətin məsuliyyətini dərk etməli , bu bəlanın aradan qaldırılması istiqamətində ölkə rəhbərinin tələb və tövsiyələrinə ciddi əməl etməliyik.
Əziz məzunlar !
Siz bugün tam orta təhsil pilləsini bitirərək müstəqil həyata qədəm qoyursunuz. Bu gündən etibarən siz bir məktəbli, şagird deyil, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirsiniz. Ali məktəbə sənəd verən bugünkü məzun sabah tələbə adını qazanaraq istədiyi peşənin sahibi olacaqdır. Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısında ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi dayanır. Lakin yaşından, ixtisasından, çalışmasından asılı olmayaraq hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. Müasir dövrdə Azərbaycan gəncliyindən yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı sosial məsuliyyətlilik və innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Sizə arzum gələcəkdə seçdiyiniz peşə sahəsində uğurlar əldə etməyiniz, dövlətə və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşmağınızdır. Hər biriniz ölkə rəhbərinin gənc kadrlara göstərdiyi diqqət və qayğının şahidisiniz. Arzu edirəm ki, gələcəkdə siz də həmin seçilmiş gənclərdən biri kimi öz fəaliyyətinizlə vətənimiz Azərbaycanı böyük qürur və fəxarət hissi ilə həm daxildə, həm də beynəlxalq arenada uğurla təmsil edəsiniz. Bir daha hər birinizə gələcək müstəqil fəaliyyətinizdə uğurlar arzulayıram”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər