Ağcabədidə Heydər Əliyevin də kitabları zibilliyə atıldı
25-05-2013, 10:20
Oxunub: 6 362
Turizm və mədəniyyət şöbəsinin müdiri Rza Quliyev işçilərinə «Heydər Əliyev ideyaları artıq köhnəlib» deyib
Xəbər verdiyimiz kimi, ötən gün Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalardakı bütün kitabların hamısı zibilliyə atılıb. Bu barədə göstərişi rayonun turizm və mədəniyyət şöbəsinin müdiri Rza Quliyev verib.
Bu gün aldığımız bir başqa məlumatda isə vurğulanır ki, zibilliyə atılan kitablar arasında Heydər Əliyevlə bağlı nəşrlər də olub. Ölkədə dərc olunan qəzetlərdən birinin yazdığına görə, hətta bununla bağlı kitabxana müdirlərindən biri Rza Quliyevlə söhbət edib. Amma turizm və mədəniyyət şöbəsinin müdiri həmin kitabxanaçıya «Azərbaycanda Heydər Əliyev ideyaları artıq köhnəlib» deyə bildirib. Qəzetin iddiasına görə, şöbənin müdirinin bu hərəkəti icra başçısı Şahin Məmmədova çatdırılsa da, o, bununla bağlı heç bir addım atmayıb.
Məsələ ilə bağlı Ağcabədi rayon Turizm və Mədəniyyət şöbəsinin müdiri Rza Quliyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. Onun da mövqeyini dərc etməyə hazırıq. (jam.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər