Sumqayıtda AXCP üzvlərinə hücum olunub
27-05-2013, 12:10
Oxunub: 5 193
Sumqayıtda AXCP Gənclər Komitəsinin yerli şöbəsinin yaradılması ilə bağlı tədbirə imkan verilməyib.
Bu barədə “Azadlıq”a komitənin fəalı Ilham Hüseyn məlumat verib. Onun sözlərinə görə, Sumqayıt polisi tədbiri pozub: “Sumqayıtda Gənclər Komitəsinin yerli şöbəsinin yaradılması üçün ora mən və komitənin digər fəalı Renad Nəcəfov ezam olunmuşdu.
Biz komitəyə qoşulmaq istəyən gənclərlə Sumqayıtda 11-ci mikrorayonda fəaliyyət göstərən bir çayxanada toplaşmışdıq. Qəfildən mülki geyimli şəxslər içəri doluşaraq bizi oradan çıxardılar. Onlar özlərini polis əməkdaşı kimi təqdim etdilər. Sonradan bəlli oldu ki, Sumqayıt Şəhər Polis Idarəsinin rəisi müavini Azər Cahangirov da hadisə yerinə gəlib. O, bizimlə söhbətində bildirdi ki, toplantınız qanunsuzdur, bunun üçün Sumqayıt Şəhər Icra Hakimiyyətindən icazə almalısınız. Bizə bildirdi ki, icazəniz olacağı təqdirdə polis sizin təhlükəsizliyinizi təmin edəcək. Lakin bu halda toplantının davam etdirilməsinə imkan verilməyəcək”.
Ilham Hüseyn əlavə edib ki, gənclərdən heç kim saxlanılmayıb. “Sadəcə onlardan özləri barədə məlumat vermələri tələb olundu”,- deyə gənc fəal bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər