Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan XİN başçısının debatı olub
15-07-2020, 19:19
Oxunub: 5 880
"Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında debat olub.
xəbər verir ki, Z.Mnatsakanyan Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. O, erməni nazirin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulayıb.
H.Hacıyev Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib.
H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib.
- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;
- Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;
- Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;
- Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;
- Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVİD-19 pandemiyasının ölkə də geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.
H.Hacıyev Ermənistan rəhbərliyinin "Qarbağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.
O, sərhəddə baş verən təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyərək, Ermənistanın itkilərini gizlətdiyini və Ermənistan rəhbərliyinin bu hərbi avantüraya görə itkilər barədə öz ictimaiyyətinə hesabat verməli olduğunu vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər