Prezidentin köməkçisindən Metsamor AES-lə bağlı açıqlama
21-07-2020, 13:00
Oxunub: 1 672
“Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Amma bununla yanaşı Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları qeyd etmək istərdim. Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi-hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”, o bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərinin hədəfə alınacağı xarakter daşıyan açıqlamalar verilib: “Bütün bunlar bilavasitə Ermənistan hərbi rəhbərliyinin açıq niyyətinin göstəricisidir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması kimi siyasəti yoxdur”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm