İsgəndər Həmidov başına gələnlərdən danışdı
30-05-2013, 10:15
Oxunub: 5 760
Dünən saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.
E.Tağıyev xəbər verib ki, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.
İsgəndər Həmidov deyib: "Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. "Niyə o cür çıxış etmisən" dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitniqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər".
İsgəndər Həmidovun özü bunları deyib:
- Gözümü bağlayıb naməlum istiqamətə apardılar. Hiss etdim ki, Daxili İşlər Nazirliyinin hansısa idarəsidir. Mənə dedilər ki, dünən mitinqdə çıxış edib təhqir işlətmisən. Dedim ki, elə şey yoxdur, sübut edin, nəyi, kimi təhqir eləmişəm? Dedilər ki, demisən fahişələrə xalq artisti adı verirlər, şərəfsizlər “Şərəf” ordeni alır. Mən də adlarla dedim ki, filankəslər “Şərəf” ordeni almayıb? Adları çəkdim.
Dedilər ki, növbəti mitinqdə belə çıxış eləmə. Dedim ki, növbəti mitinqdə bundan da sərt çıxış edəcəm. Məni sorğu-sual edən vaxt gözlərim açılmışdı. Məndən izahat alan adam təcrübəli, işini bilən adama oxşayırdı. Sorğu-sual qurtardıqdan sonra isə məni tutulduğum yerə qaytardılar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər